RU

Adil Şükürov “Kəpəz”dən qovuldu

Azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov Premyer Liqa təmsilçisi “Kəpəz”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Gəncə klubu Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

O da bildirilir ki, qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.

Xatırladaq ki, Adil Şükürov daha öncə də “Kəpəz”in baş məşqçisi olub. O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə “sarı-göylər”i çalışdırıb. Şükürov bu mövsümün əvvəlində yenidən “Kəpəz”ə baş məşqçi təyin edilmişdi. Amma onun budəfəki fəaliyyəti uğursuz alınıb. 48 yaşlı mütəxəssis komandanı 5 rəsmi görüşə çıxarıb, bu oyunların hamısından məğlubiyyətlə ayrılıb.

Şükürov bu komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümündə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

error: Məzmun qorunur!
Избранный
5
6
arena.az

10Источники