RU

Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir

Çin inklüziv qloballaşmaya, çoxşaxəli multilateralizmə və innovasiya yönümlü inkişafa sadiqdir və dünya iqtisadiyyatının əsas mühərriklərindən biri olaraq qalacaq. Buni Çinin Azərbaycandakı səfiri Lyu Mey 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Səfir çıxışında üç əsas məqamı önə çəkib. Birincisi, o, “ümumbəşəri fayda gətirən və inklüziv iqtisadi qloballaşmanın” təşviqini vacib sayıb, proteksionizmin “heç yerə aparmadığını və qalibi olmadığını” vurğulayıb. Lyu Mey ölkələrin qloballaşmadan daha ədalətli faydalanmasının vacibliyini qeyd edib.

İkincisi, o, “həqiqi multilateralizmin” qlobal inkişaf üçün əsas şərt olduğunu bildirib və Çin tərəfindən irəli sürülən “Bir Kəmər, Bir Yol”, Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal İdarəçilik Təşəbbüsü kimi təşəbbüsləri əməkdaşlığın möhkəmlənməsinə töhfə kimi səsləndirib.

Üçüncüsü, səfir yeni texnoloji inqilabın yaratdığı imkanlara toxunaraq, rəqəmsal, yaşıl və intellektual inkişafın dünya iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrildiyini bildirib. “Biz elm və texnologiyada beynəlxalq əməkdaşlığı dəstəkləməklə rəqəmsal dövrün potensialını açmalıyıq,” — o vurğulayıb.

Çin iqtisadiyyatına toxunan Lyu Mey bildirib ki, bu ilin ilk yarısında ölkənin ÜDM-i 5,3% artıb və Çin dünya iqtisadi artımının təxminən 30%-ni təmin edib. 

O, ölkəsinin həm istehsal, həm də istehlak gücünə malik “superböyük bazar” olaraq qlobal ticarət və inkişaf üçün yeni imkanlar yaradacağını söyləyib.

“Çin yüksək standartlı açıq iqtisadi siyasətini davam etdirəcək və Mərkəzi Asiya da daxil olmaqla bütün ölkələr Çinin artım imkanlarından faydalanacaqlar,” — səfir əlavə edib.

N.Təbrizli

Избранный
20
50
anews.az

10Источники