“Bu gün keçmişdəki münaqişələrə son qoymaq, sülh və qonşuluq şəraitində gələcək qurmaq üçün tarixi imkan var”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan NATO Parlament Assambleyasının 108-ci “Rose-Roth” Seminarının İrəvanda keçirilən açılışı zamanı deyib.
“Bizim borcumuz bu fürsəti əldən verməmək və onu sabitlik və inkişaf reallığına çevirməkdir”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az