RU

Bakının mərkəzi küçələrinin görkəmi dəyişəcək, tıxac olmayacaq

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əminəm ki, 5 il sonra şəhər mobilliyi bu günkündən dəfələrlə yaxşı olacaq.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O bildirib ki, 5 ildən sonra Bakının mərkəzi küçələrinin görkəmi dəyişəcək, şəhər mobilliyi bu günkündən dəfələrlə yaxşı olacaq:

"Şəhərdə ictimai nəqliyyatın payı artırılacaq, insanların ictimai nəqliyyata çıxışı asanlaşacaq, onlara keyfiyyətli və fasiləsiz xidmət göstəriləcək. Eyni zamanda, piyadalar və mikromobillik istifadəçiləri üçün şərait daha da yaxşılaşdırılacaq, ağıllı idarəetmə sistemləri tətbiq olunacaq. Bu dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək, insanlar şəhər daxilində daha rahat və sürətli hərəkət edə biləcəklər".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
3
news.milli.az

8Источники