RU

Azarkeşlərlə mübahisə edən məşqçi istefaya göndərildi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Kəpəz” baş məşqçi Adil Şükürovla yollarını ayırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klubu Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.

Xatlrladaq ki, "Kəpəz" A.Şükürovun rəhbərliyi altında bu mövsüm Azərbayca Premyer Liqasında keçirdiyi 5 oyunun hamısınsa uduzub və hazırda turnir cədvəlində 12 komanda arasında sonuncu yeri tutur.

Qeyd edək ki, Adil Şükürov Premyer Liqanın 5-ci turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərlə mübahisə etməsi ilə gündəmə gəlmişdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
3
qafqazinfo.az

10Источники