RU

Tənzilə Rüstəmxanlı Türkiyədə mükafatlandırıldı -FOTOLAR

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Türkiyədə təşkil edilən təntənəli mərasimdə “Kızıl Elma Türk Dünyası Üstün Hizmet Ödülü” ilə təltif edilib. Bu mükafat, millət vəkilinin qadınların, gənclərin və uşaqların rifahı istiqamətində göstərdiyi fəaliyyətinə və Türk Dünyasına verdiyi töhfələrə görə verilib.

Mükafatlandırma mərasimi, Yasemen Meydanın qurucusu olduğu Kızıl Elma Kadın Gençlik ve Çocuk Derneği-nin 4-cü quruluş il dönümü münasibətilə keçirilib. Tədbir, Türk dünyasının müxtəlif nüfuzlu şəxsiyyətlərinin və ictimai xadimlərinin iştirakı ilə baş tutub.

Tənzilə Rüstəmxanlıya verilən bu yüksək mükafat, onun cəmiyyətin müxtəlif sahələrindəki müsbət təsirini və Türk dünyası ilə əməkdaşlıq sahəsindəki əhəmiyyətli işlərini təqdir etmək məqsədi daşıyır.

Избранный
13
2
veteninfo.az

3Источники