ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Bu gün, sentyabrın 22-də İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rose-Roth seminarı başlayacaq və iki gün davam edəcək.
Turkustan.az xəbər verir ki, seminarda Türkiyədən də nümayəndələr iştirak edir.
Müzakirələrin əsas mövzusu “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: Demokratiyanın və regional təhlükəsizliyin gücləndirilməsi” olacaq.
Seminar çərçivəsində Ermənistan Milli Assambleyasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Andranik Köçəryan mətbuat konfransı keçirəcək./publika.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.