RU

“Kəpəz” Adil Şükürovla vidalaşdı – RƏSMİ

“Kəpəz” baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bölgə təmsilçisi qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə məlumat verəcəyini bəyan edib.

Qeyd edək ki, “Kəpəz” mövsümün ilk 5 turunda xal toplamayan yeganə komandadır.

Избранный
10
msport.az

1Источники