ain.az, Apa.az saytına istinadən bildirir.
2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasını həyata keçiririk və artıq 2027–2030-cu illəri əhatə edəcək yeni dördillik strategiyanın hazırlanmasına başlamışıq.“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Samir Şərifov deyib.
O bildirib ki, strategiyanın ən mühüm istiqamətlərindən biri ölkənin davamlı iqtisadi artımını təmin etməkdir:
“Heç bir artım investisiyasız mümkün deyil. İnvestisiyalar dövlət büdcəsindən maliyyələşdirilən dövlət investisiyaları ola bilər, lakin onlar mütləq özəl investisiyalarla da tamamlanmalıdır. Bizim hazırkı məqsədimiz daha çox özəl investisiya cəlb etməkdir.
O qeyd edib ki, məqsəd Azərbaycanın son 30 ildə həyata keçirdiyi dövlət investisiyalarını indi daha çox özəl investisiyalarla tamamlamaqdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.