RU

Azərbaycan Premyer Liqasında mövsümün rekordu

Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Demokrat.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, V turda 18 qol vurulub.

Baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, mövsümün rekordudur. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.

Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün XXXI turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.

Избранный
5
20
demokrat.az

10Источники