RU

Anar Rzayev: Bu, ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır

Anar
“Müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır”. Avtobusla müntəzəm sərnişin daşıma xidmətinin səviyyəsinin aşağı düşməsi sərnişinlər tərəfindən ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır, avtobusdan istifadə arzusunu aradan qaldırır, taksilərə və şəxsi nəqliyyat vasitələrinə üz tutmasına səbəb olur.
1news.az xəbər verir ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, nəticədə şəhər küçələrində şəxsi nəqliyyat vasitələrinin sayının artması və nəqliyyat sıxlığının yaranması müşahidə edilir.

Избранный
17
1
1news.az

2Источники