RU

Ərdoğan Nyu-Yorkda Trampla görüşdə müzakirə olunacaq məsələləri açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.

Moderator.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

Bildirilir ki, Nyu-Yorkda Türk Evinin qarşısında soydaşlar tərəfindən coşqu ilə qarşılanan Ərdoğan jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampla görüş keçirəcəyini və buna xüsusi önəm verdiyini bildirib.

"Trampla görüşlərimiz olacaq. Bizim üçün Orta Şərqdə atılacaq hər addım həyati əhəmiyyət daşıyır. Bu görüşlər çox önəmlidir", - deyə Ərdoğan vurğulayıb.

Prezident, həmçinin, Suriya və digər regional məsələlərlə bağlı sualı da cavablandırıb.

"Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ikitərəfli görüşlərimiz var. Trampla bununla bağlı da müzakirələr aparacağıq. Çünki bu, birbaşa regionu maraqlandırır", - deyə Türkiyənin dövlət başçısı əlavə edib.

Qeyd edək ki, Ərdoğan sentyabrın 25-də Vaşinqtonda Ağ Evdə Donald Trampla görüşəcək. İclasda hərbi əməkdaşlıq, ticarət əlaqələri və qlobal məsələlərin geniş müzakirə olunacağı gözlənilir.

Bundan əlavə, Türkiyə Prezidenti çərşənbə günü keçiriləcək BMT İqlim Sammitində iştirak edəcək və Nyu-Yorkda çoxsaylı ikitərəfli görüşlər keçirəcək.

 

 

 

Избранный
10
50
moderator.az

10Источники