RU

Bakı şəhərində “Avropa Mobillik Həftəsi” çərçivəsində E-bike avadanlığı ilə enerji yaratmaq imkanı təqdim olunub - FOTO

Avropa Mobillik Həftəsi” çərçivəsində Bakı şəhərində 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilib.

İdman.biz xəbər verir ki, bu münasibətlə ayrılmış zonada Gənclər və İdman Nazirliyi tərəfindən E-bike avadanlığı quraşdırılıb.

Böyük maraq doğuran bu avadanlıq vasitəsilə vətəndaşlar pedal çevirərək enerji yaradıb və mobil telefonlarını doldurmaq imkanı qazanıblar.

Qeyd edək ki, gün ərzində 500 nəfərə yaxın iştirakçı E-bike qurğusundan istifadə edərək həm sağlam həyat tərzini təşviq edib, həm də alternativ enerji mənbələrinin üstünlüklərini praktiki şəkildə sınayıb.

İdman.biz

Избранный
3
1
idman.biz

2Источники