RU

Finlandiya hərbi xərcləri rekord həddə çatdırır

Finlandiya hökuməti Müdafiə Nazirliyi üçün satınalma səlahiyyətini 6 milyard avroya qədər genişləndirib.

Herbiand.az-ın Yle-yə istinadən bildirdiyinə görə, bu qərar gələcək illər üçün ödənişi təxirə salınmaqla döyüş sursatı, hava hücumundan müdafiə sistemləri, torpedalar və avadanlıqların alınması üçün iri müqavilələr bağlamağa imkan verir

Bundan əlavə, müdafiə xərclərinin artırılması siyasəti təsdiqlənib: 2029-cu ilə qədər ÜDM-in ən azı 3%-i, ardınca NATO hədəflərinə doğru irəliləyiş.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen maliyyə maziri Riikki Purra ilə məktub mübadiləsi və danışıqlardan sonra yekun məbləğə nail olub. Əvvəlcə daha kiçik bir paket müzakirə edilir, lakin kabinet sonda tam 6 milyard avronu dəstəklədi.

Hərbçilərin arqumentlərinə sursat və raketlər üçün sıx bazarlar və tədarüklərin erkən təmin edilməsi zərurəti daxildir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
7
herbiand.az

1Источники