RU

Rumıniya Azərbaycandan neft idxalını artırıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya ümumilikdə 429,3 milyon ABŞ dolları məbləğində və 778,6 min ton həcmində xam neft və bitum süxurlardan əldə olunan neft məhsulları ixrac olunub.

Kommersant.az Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cüi ilin anoloji dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 160 milyon ABŞ dolları və ya 59,5 faiz və həcm ifadəsində 344,5 min ton və ya 79,5 faiz artıb .

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15 milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5% az, həcm baxımından isə 551 min 50 ton və ya 3,3% azdır.

Избранный
4
3
kommersant.az

3Источники