RU

Bakıda avtobus daşıyıcılarının çoxu köhnə nəqliyyatla xidmət göstərir – Sədr problemləri açıqladı

Bakı. Trend:

Paytaxtda müntəzəm avtobuslarla sərnişindaşıma ilə bağlıgöstəricilərə baxdıqda, görərik ki, Bakı şəhərinin inzibatiərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27daşıyıcı tərəfindən təqdim edilir.

Trend xəbərverir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham ƏliyevinAvtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinintəkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdəbildirib.

O bildirib ki, gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobuscəlb edilir.

"27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddihazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olanavtobusların orta yaş həddi isə 12 ildir".

"İstər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olanmüntəzəm sərnişin daşımaları sərnişinlərdən gediş haqlarınınyığılması şəklində sadə biznes modelə əsaslanıb. Belə olduğutəqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişindaşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkətqrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə iləbağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətinivə etibarlığını çox aşağı salır. Sərnişinlər tərəfindən ödəniləngediş haqqının tənzimlənən tarif olduğunu da nəzərə alsaq, bu sadəbiznes modelin gəlirli olmaması aydındır. Belə ki, istər kiçik,istərsə də böyük avtobus daşıyıcılarının təqdim etdiyisərnişindaşıma xidmətinə görə topladıqları gediş haqları onlara nəavtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn vəsıradan çıxan avtobus parkını yeniləməyə imkan verir"- sədr əlavəedib.

Məqalədə:
Избранный
9
8
az.trend.az

10Источники