RU

Hindistan gəmiləri İspaniya HHM radarları ilə təchiz ediləcək

İspaniyanın “Indra” və Hindistanın “Tata Advanced Systems” şirkətləri Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin göyərtəsində ilk “Lanza-N” radar sistemini quraşdırıblar.

Herbiand.az-ın “The Defence Post”a istinadən məlumatına görə, 3D-radar hava və raketdən müdafiə missiyaları üçün nəzərdə tutulub.

Uğurlu yerləşdirmədən sonra “Lanza-N” sistemlərinin Hindistan freqatlarında, esmineslərində və təyyarədaşıyıcılarında da quraşdırılması planlaşdırılır.

Radar 254 dəniz milinə (470 km) qədər məsafədə havadan müşahidəni təmin edir. O, hətta elektron əks tədbirlər altında da hədəfləri izləyir və tapır. Sistem təyyarələrin transponder siqnallarını çoxsaylı rejimlərdə oxuyaraq avtomatik olaraq müəyyən edir.

Radar üç müstəqil, tam idarə oluna bilən kanalda işləyir və ona çoxsaylı hədəfləri izləməyə, müdaxiləni süzməyə və geniş ərazidə müşahidə aparmağa imkan verir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
15
herbiand.az

1Источники