RU

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gundem.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Lənkəran-Astara zonasında yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Astarada 113, Yardımlıda 62, Lerikdə 42, Lənkəranda 33, Biləsuvar, Cəlilabad, Beyləqanda 19, Qəbələdə 17, Ordubadda 16, İmişlidə 15, Neftçalada 14, Oğuzda 13, Ağdamda 11, Quba, Qax, Tərtər, Naxçıvan, Gədəbəy, İsmayıllı, Sabirabad, Şahbuz, Cocuq mərcanlı, Şahdağ, Qusar, Tovuz, Şirvan, Hacıqabul, Qrız, Balakən, Altıağac, Xaltan, Ağstafa, Culfa, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Şəmkir, Xınalıq, Zaqatala, Şamaxı, Qobustan, Şabran, Bərdə, Zərdab, Kürdəmirdə 9 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 22-si axşamadək davam edəcəyi, 23-də isə əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Избранный
17
25
gundem.az

10Источники