RU

Yuxusuzluğa səbəb olan qidalar

Şam yeməyi yuxu keyfiyyətinə birbaşa təsir göstərərək yuxusuzluğa səbəb ola bilər.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu dietoloq Oksana Mixaleva deyib. O axşamlar bəzi qidalardan imtina etməyin vacibliyinə də diqqət çəkib.

“Məsələn, yadda saxlamaq lazımdır ki, kofein təkcə qəhvə və güclü çayda deyil, həm də şokoladda olur. Buna görə də, rahat yuxuya getmək istəyirsinizsə, ən yaxşısı axşam yeməyinizdən kofeini xaric etməkdir”, – həkim qeyd edib.

O, həmçinin qeyd edir ki, fast food, qızardılmış qidalar, yağlı ətlər və ağır souslar kimi yağlı qidalar yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Onlar həzm etmək üçün daha çox vaxt aparır, həzm sistemini daha çox işləməyə məcbur edir və narahatlığa səbəb olur. Bütün bunlar rahat yuxuya mane olur və mədə narahatlığına səbəb ola bilər. O bildirib ki, böyük zülal hissələri həzmi sürətləndirir və mədədə ağırlıq hissi yaradır, yuxuya getməyi çətinləşdirir.

Mütəxəssis onu da qeyd edib ki, şam yeməyinin vaxtı qədər məzmunu da önəmlidir. Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl yemək tövsiyə olunur, çünki gec yemək həzmi sürətləndirə və maddələr mübadiləsini tənzimləyən hormonların ifrazını poza, orqanizmin yuxuya hazırlaşmasına mane ola bilər.

//Gülnarə Abasova, Editor.az

Избранный
8
editor.az

1Источники