"Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.
Bu barədə İdman.biz-ə klubun mətbuat xidmətindən bildirilib.
Paytaxt təmsilçisi ABŞ-dən olan Kameron Uilbonla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 1,96 metr boya malik Kameron Uilbonun son klubu "CSU Bakersfild" olub.
İdman.biz