RU

NATO ölkələri Estoniyada baş verən qırıcı təyyarəinsidentini müzakirə edəcək - ÖZƏL

23 sentyabrda NATO-ya üzv ölkələrin nümayəndələri Estoniyada baş vermiş qırıcı təyyarələr insidentini müzakirə edəcəklər. Olaylar.az xəbər verir ki,  bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro TF1 telekanalına açıqlama verib. "Sabah, çərşənbə axşamı, NATO müttəfiqləri siyasi və operativ müstəvidə reaksiyaya dair tədbirləri müəyyən etmək üçün bir araya gələcəklər", - deyə nazir bildirib. Fransalı nazir əlavə təfərrüat açıqlamayıb. Qeyd edək ki, Estoniyanın baş naziri Kristen Mixal daha əvvəl ölkəsinin hava məkanının Rusiya qırıcıları tərəfindən pozulduğunu iddia edərək, NATO üzvlərindən Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələrin keçirilməsini tələb etmişdi. Estoniya rəsmiləri 19 sentyabr səhəri üç rus MiQ-31 qırıcısının ölkənin hava sərhədini pozduğunu iddia ediblər. Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, MiQ-31 təyyarələri yalnız planlı uçuş həyata keçirib və Estoniya hava məkanına daxil olmayıb. Nazirliyin məlumatına görə, təyyarələr Kareliyadan Kalininqrad vilayətinə istiqamətlənib, beynəlxalq hava məkanından istifadə qaydalarına riayət olunub və marşrutdan kənara çıxılmayıb. Bu faktın obyektiv nəzarət vasitələri ilə də təsdiq olunduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
olaylar.az

1Источники