RU

"Aramco Ventures": Azərbaycan bol külək enerjisi ehtiyatına malikdir

Azərbaycan bol külək enerjisi ehtiyatına malikdir və burada böyük imkanlar var.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Aramco Ventures"in baş icraçı direktoru Mahdi Al-Adel Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji layihələr mövcuddur, lakin külək əsməyəndə və yaxud günəş çıxmadıqda bu, kifayət etmir: "Buna görə də şəbəkə səviyyəli enerji saxlama böyük bir imkan sayılır. Həmçinin, birbaşa hava tutma və karbon izini azaltmağa imkan verən texnologiyalar, eyni zamanda hidrokarbon ehtiyatlarını çıxarmağa davam etməyə imkan verən texnologiyalar, bizim sərmayə qoyduğumuz və Azərbaycanın da tətbiq edə biləcəyimiz sahələrdir".

"Aramco"da gördüyümüz böyük tərəqqi texnologiyanın inkişafı və tətbiqi nəticəsindədir", - deyə qonaq əlavə edib.

Избранный
11
1
bakivaxti.az

2Источники