RU

Kamran Əliyev: Azərbaycan sülhün tərəfdarıdır

BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır.

Teleqraf xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində : Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir.

Baş prokurorun sözlərinə görə, bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir:

"Eyni zamanda bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır".

Избранный
12
teleqraf.com

1Источники