RU

Türkmənistan Prezidenti ABŞ-də səfərdədir

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfərə gedib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkmənistanın daimi neytrallığının 30 illiyi BMT-nin yaradılmasının 80 illiyi ilə üst-üstə düşür:

“Baş Assambleyanın üç qətnaməsi ilə təsdiq edilmiş neytrallıq statusu ölkənin sülh, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq ideyalarına əsaslanan xarici siyasətinin tərkib hissəsidir və beynəlxalq ictimaiyyətlə konstruktiv əməkdaşlıq üçün möhkəm zəmin yaradır”.
Избранный
9
3
sherg.az

4Источники