RU

Zəngəzur dəhlizinin açılması yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdəndir - Baş Prokuror

Bakı. Trend:

Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsindəminlərlə insan həlak olmuş, iqtisadiyyata, ətraf mühitə, tarix vəmədəniyyət abidələrinə külli miqdarda ziyan vurulmuşdur.

Trend xəbərverir ki, bunu Azərbaycan Baş prpkuroru Kamran Əliyev “Suverenliyinkeşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusundabeynəlxalq konfransda çıxışı zamanı deyib.

Baş prokuror xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyialtında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusunun ErmənistanRespublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi iləbaşladılmış 44 günlük “Vətən” müharibəsində əldə edilmiş tarixiqələbə, eləcə də müharibədən sonra əzəli Azərbaycan torpağı olanQarabağda fəaliyyət göstərən separatçı rejimə qarşı 19-20 sentyabr2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələritərəfindən həyata keçirilən anti-terror əməliyyatları nəticəsində30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilmiş vəAzərbaycan dövlətinin suverenliyi tam bərpa edilməkləKonstitusiyamızın qüvvəsi bütün ölkə ərazisinə şamiledilmişdir.

Bunun tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-iDövlət Suverenliyi Günü kimi qeyd olunmaqdadır.

Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezidentİlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezidentMehriban Əliyevanın yaxından iştirakı ilə həmin ərazilərdəgenişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyəbaşlanmış, ağıllı kəndlər və şəhərlər salınmış, yeni iş yerləri,istehsalat, habelə təhsil müəssisələri, o cümlədən Xankəndişəhərində Qarabağ Universiteti təsis edilmişdir. Bu proses intensivşəkildə davam etdirilməkdədir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair I Dövlət Proqramı”nın icrası çərçivəsində ümumilikdə 15 minnəfərdən çox keçmiş məcburi köçkün doğma torpaqlarına geriqayıtmışdır.

Qeyd edilən quruculuq və bərpa işləri heç bir xarici dövlətin vəya təşkilatın dəstəyi olmadan qüdrətli Azərbaycan dövlətininhesabına həyata keçirilir. Təbii ki, ölkə rəhbəri tərəfindənaparılan siyasət, habelə ölkədə insan kapitalının düzgün idarəedilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı ildən-ilə inkişafedir, neft ölkəsi olmasına baxmayaraq qeyri-neft sənayəsininəhəmiyyətli inkişafı təmin edilir ki, təbii olaraq bununnəticəsində də cəmiyyətimiz inkişaf edir.

K.Əliyev bildirib ki, Azərbaycan daim sülhün tərəfdarı olmuşdur.Belə ki, torpaqlarımızın işğal altında olduğu dövrdə də daimməsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərmiş, lakinBMT-in Azərbaycan torpaqlarının işğalını tanıyan və onlarınqeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasınabaxmayaraq Ermənistan tərəfi işğal etdiyi torpaqları geriqaytarmamışdır. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhüntərəfdarıdır. Bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, AğEvdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsininparaflanması məhz bunun bariz nümunəsidir. Bu sənəd təkcə ikidövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də CənubiQafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatındaha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixidönüş nöqtəsidir. Eyni zamanda bu sənəd Azərbaycanın suverenliyinindünya miqyasında tanınmasıdır.

Baş prokuror qeyd edib ki, yeni geosiyası reallıqlar fonundastrateji əhəmiyyətli məsələlərdən biri də Zəngəzur dəhlizininaçılmasıdır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanarasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionunnəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyayaböyük töhfə verəcək.

Избранный
5
1
az.trend.az

2Источники