RU

Tramp Nyu-Yorkda ərəb liderləri ilə Qəzza məsələsini müzakirə etmək istəyir

ABŞ prezidenti BMT Baş Assambleyası çərçivəsində sammit keçirməyi planlaşdırır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının tədbirləri zamanı ərəb və müsəlman ölkələrinin liderləri ilə görüş keçirməyi nəzərdə tutur.

Görüşə Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Misir, İordaniya və Türkiyə liderləri dəvət olunub. Müzakirələrin əsas mövzusu Qəzzada müharibənin dayandırılması üçün mümkün yolların axtarışı olacaq.

Mənbələr bildirir ki, sammit iştirakçıları regionda sülhün təmin olunması və humanitar vəziyyətin yaxşılaşdırılması yollarını müzakirə edəcəklər. Trampın təşəbbüsü bölgədə diplomatik əlaqələrin gücləndirilməsi və gərginliyin azaldılması məqsədini daşıyır.

Poliqon.info

Избранный
10
7
poliqon.info

10Источники