RU

8,5 milyardlıq mənimsəmədə ittiham olunan şəxs ekstradisiya edilib – ÖZƏL

Rusiyadan Qazaxıstana 8,5 milyard təngə məbləğində büdcə vəsaitini mənimsəməkdə ittiham olunan şəxs ekstradisiya edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.

Prokurorluğun məlumatına görə, 2020-2022-ci illərdə həmin şəxs inşaat şirkətinə rəhbərlik edib və tərəfdaşları ilə birlikdə saxta müqavilələr tərtib edərək vəsaitləri əlaqəli firmalar vasitəsilə çıxarıb. Nəticədə "Samruk-Energo"nun törəmə müəssisəsindən Akmola vilayətində külək elektrik stansiyasının tikintisi üçün ayrılmış 8,5 milyard təngə mənimsənilib.

Cinayətdən sonra şübhəli ölkədən qaçaraq beynəlxalq axtarışa verilib. 2025-ci ilin fevralında o, Rusiyada saxlanılıb və Qazaxıstan Baş Prokurorluğunun sorğusu əsasında ekstradisiya olunub.

Artıq bu iş üzrə digər iştirakçılar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Ekstradisiya olunan şəxs isə 5 ildən 10 ilədək həbs və əmlakının müsadirəsi ilə üzləşə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники