RU

Xətai rayonunda İkinci Kəlağayı Festivalı keçirilib

Kulis.az Şəhriyar del Geraninin yeni yazısını təqdim edir.

Azrepin Bilal Əliyevi var - Miryusif.

Təsəvvür edin, adam reperdir, həm də Xalq artisti.

Reper və Xalq artisti.

Xalq artisti və reper.

Onun da bir manıs köməkçisi var Emin adında.

Bir dostun paylaşımında gördüm, bu Emin yoldaş Məhəmmədhüseyn Şəhriyar haqda paylaşım edib.

Təsəvvür edin, Məhəmmədhüseyn Şəhriyar və Azrepin Bilal Əliyevinin köməkçisi.

Azrepin Bilal Əliyevinin köməkçisi və Məhəmmədhüseyn Şəhriyar.

Dəhşətdir!

Ay qaqaş, sən öz səfini və səhvini 30 ildir bəlli edən adamsan;

Sənin ən böyük uğurun ANS-də meyxana yarışmasının aparıcısı olmaq, sonra da Azrepin “ikinci əl” təmsilçisinin köməkçisi olmaqlıqdır.

Okeydir. Olsungil.

Bəs, yaxşı, Şəhriyarla nə işin? Get öz işinlə məşğul ol axı. Şəhriyar sənin tayın-tuşundur?

Bu nə düşüncədir: Vse moe?! Necə yəni hər şey, hamı sizin olmalıdır?

Aman verin biz də öz işimizlə məşğul olaq axır.

Hər şey bir yana, adam öz dayandığı yerdən həya edər Şəhriyara yaxınlaşmağa.

Cəmiyyət bilmir, bilməsin. Biz ki ölməmişik hələ.

Azrepin Bilalının yanı hara, Şəhriyar hara?

Sən nə bilirsən Şəhriyar kimdir?

Niyə Şəhriyarı gözdən salırsan?

Onsuz da bütün adlar və konsert honorarları sənindir, sizindir, Şəhriyar kimi məsum adama niyə qarmaq atırsan?

Sözüm ona, Şəhriyarı gözdən salmağa heç bir Azrepin Bilal Əliyevinin köməkçisinin haqqı yoxdur.

Xahiş edirəm, hər kəs öz meydançasında girələnsin.

Ayıbdır. Ən azı, ayıbdır. Başqa heç nə…

Qeyd: Miri Yusifin köməkçisi Emin Əfəndi öz instaqram hesabında Məhəmmədhüseyn Şəhriyar haqqında informativ video paylaşıb.

Избранный
23
kulis.az

1Источники