Demokrat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciətində bildirib.
"Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın "yaşıl iqtisadiyyat"ını qurur", - deyə o qeyd edib.
Dövlət başçısının sözlərinə görə, ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasət üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır: "Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir".
10Источники
-
ictimairey.azPrezident: “Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır” ( 21604702)
-
modern.azAzərbaycan sabahın yaşıl iqtisadiyyatını qurur ( 21601567)
-
dogru.azAzərbaycan Prezidenti: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır ( 21598054)
-
xalqqazeti.azAzərbaycan Prezidenti: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır ( 21596758)
-
azerbaijan-news.azAzərbaycan Prezidenti: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır ( 21594874)
-
operativmm.az"Azərbaycan bu günün enerji təhlükəsizliyini möhkəmləndirir" ( 21594871)
-
7times.azPrezident: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır ( 21594205)
-
baki-xeber.com"Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur" ( 21593935)
-
moderator.azPrezident: "Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır" ( 21593476)
-
editor.azPrezident: “Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır” ( 21592933)