Dövlətin iqtisadi fəallığın təşviqi ilə bağlı rolunun davamlı olması istiqamətində əsas funksiyamız sabit makroiqtisadi və fiskal çərçivəni qorumaqdır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İnvestisiyalar baxımından getdikcə daha çox dövlət-özəl tərəfdaşlıq (PPP) modellərinin tətbiqini görəcəyik”, - deyə nazir əlavə edib.
O bildirib ki, bu zaman dövlət yalnız sabitləşdirici rol oynamır, həm də müəyyən dərəcədə inkişaf etdirici və hətta birgə investor kimi çıxış edir:
“Bu kontekstdə qeyd edim ki, biz birgə investisiyalardan çəkinmirik. Bunun üçün müxtəlif mexanizmlər mövcuddur: bəziləri dost ölkələrlə birgədir, bəziləri isə suveren əsasda fəaliyyət göstərir”.