RU

Bakının mərkəzi yolları açıldı

Formula 1 Azərbaycan Qran-Prisi 2025 başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.


Manset.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.

Söküntü işlərinin ilk gecəsində, saat 06:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.

Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi şəhərdə tıxacların azaldılması məqsədilə müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

Избранный
8
48
manset.az

10Источники