RU

Söyüşə görə tanışını bıçaqlayan şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Vüsal Bəkirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 26 avqust 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay bazarı” ərazisində baş verib.


Belə ki, təqsirləndirilən Vüsal Bəkirov zərərçəkmiş Araz Quliyevlə (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin onun ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs üzərində olan və kustar üsulla hazırlanmış mətbəx bıçağı ilə Arazın döş qəfəsinə yönəlik bir neçə zərbə endirərək ona ağır bədən xəsarətləri yetirib. Hadisə nəticəsində zərərçəkmişin vəziyyəti ağır qiymətləndirilmiş və ona həyati təhlükə yaradan xəsarətlər dəyib.


Hadisədən sonra Vüsal Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 22 Sentyabr 2025, 10:20   
Избранный
2
2
pravda.az

3Источники