RU

Misli Premyer Liqasında mövsümün ilk baş məşqçi istefası reallaşıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk baş məşqçi istefası reallaşıb.

AZƏRTAC-ın məlumatına görə, "Kəpəz" çalışdırıcısı Adil Şükürovla yollarını ayırıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəb olub. Komanda Premyer Liqanın son turunda səfərdə "Qəbələ"yə 3 cavabsız qolla uduzub.

İstefa ilə bağlı qərarın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Adil Şükürov bu mövsümün əvvəlində "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust kimi komandaya rəhbərlik edib.

 

Избранный
6
11
azertag.az

10Источники