RU

Fransanın Azərbaycandakı yeni səfirindən ilk müraciət

Fransanın Azərbaycandakı yeni səfiri Sofi Lagut azərbaycanlılara müraciət ünvanlayıb.

Modern.az xəbər verir ki, diplomat müraciətində sülh yolunda irəlləyən ölkədə Fransanı təmsil etmək onun üçün şərəfdir:

“Əziz həmvətənlər, əziz azərbaycanlı dostlar, Fransanın Azərbaycandakı səfiri kimi sizə ilk dəfə müraciət etməkdən böyük məmnuniyyət duyuram. Bu tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir”, – səfir bildirib.

O, sələfi Anne Buoyona ehtiramını çatdıraraq qeyd edib ki, çətin dövrdə Fransa ilə Azərbaycan arasında münasibətlərin davamlılığı üçün onun əməyini yüksək qiymətləndirir.

Sofi Lagut yaxın vaxtlarda Bakıda və bölgələrdə insanlarla tanış olacağını, Fransa ilə Azərbaycan əlaqələrinin inkişafına töhfə verən şəxslərlə əməkdaşlıqdan məmnunluq duyacağını bildirib.

Səfir vurğulayıb ki, fransız dilinə marağın dəstəklənməsi və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi fəaliyyətinin əsas istiqamətlərindən olacaq:

“Fransız dilinin gücünə, onun təcəssüm etdirdiyi dialoq, açıqlıq və müxtəlifliyə hörmət kimi dəyərlərə xüsusi inamım var. Azərbaycanlıların bu maraq və həvəsinə cavab vermək üçün fəaliyyətimizin iddialı qalmasına nəzarət edəcəyəm”, – deyə səfir əlavə edib.
Sofi Lagut çıxışını bu sözlərlə tamamlayıb: “Əminəm ki, birlikdə Fransa dəyərlərini və maraqlarını yüksək tutmağa, ölkələrimiz və xalqlarımız arasında münasibətləri inkişaf etdirməyə davam edəcəyik. Mən sizə arxalanıram!”

Избранный
9
1
modern.az

10Источники