RU

Şok tədqiqat: 6 min ildən bir baş verir, Yer Kürəsi yaxında...

Kosmik hava durumu üzrə mütəxəssis Ben Devidson araşdırmalarına əsaslanaraq şok açıqlama ilə çıxış edib.

Axar.az xəbər verir ki, “Space Weather News”un (Kosmik Hava Xəbərləri) qurucusu iddia edir ki, planetimiz nəhəng maqnit fəlakətinin astanasındadır və bəşəriyyətin 90 faizi yox olmaq riski ilə üzləşib.

O, bu kimi kosmik prosesin 6 min ildən bir meydana gəldiyini və daha şiddətli formada isə 12 min ildən bir baş verdiyini söyləyib.

Devidson bildirir ki, Günəşdə növbəti partlayış planetimizin maqnit qütblərini dəyişə bilər və bu da sunamilər, iqlim fəlakətləri və kütləvi məhvə gətirib çıxaracaq.

Planetdə həyat dayana bilər

Devidson bu olayın elektrik şəbəkələri, su təsisatları, ərzaq sektoru və logistika sisteminin fəaliyyətini iflic edəcəyini vurğulayıb. GPS dəstəkli kənd təsərrüfatı və fövqəladə hallar xidmətləri tamamilə sıradan çıxacaq.

Devidson bildirib ki, Yerin maqnit sahəsi təbii dəyişikliklər səbəbindən tədricən zəifləyir və qütblərin yerdəyişməsinə səbəb olur.

Təhlükə yaxındırmı?

Davidsonun açıqlamalarına görə, belə bir fəlakətin 10-25 il ərzində baş vermə ehtimalı var. Bu halda dünyanın bir neçə gün ərzində xaosa qərq ola biləcəyi irəli sürülüb.

Tədqiqatlara görə, sonuncu kütləvi yox olma 66 milyon il əvvəl dinozavrların məhvi ilə baş verib.

Избранный
5
2
axar.az

3Источники