RU

İsraili yaradan ölkə Fələstini tanıdı Nə baş verir?

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Balfour Bəyannaməsi ilə “Fələstində yəhudi xalqı üçün milli evin yaradılmasını” dəstəkləməsindən 100 il və İsrailin Fələstinin Britaniya Mandatında yaradılmasından 77 il sonra Böyük Britaniyanın Baş naziri Keyr Starmer Fələstin dövlətini rəsmən tanımaq qərarını elan etdi.

Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli Böyük Britaniyanın Fələstin dövlətini tanıması haqda qeyd edib.

O bildirib ki, bu, son dərəcə önəmli bir qərardır:

“İsraili yaradan ölkə, yəni Böyük Britaniya hazırda İsraili Qəzzada soyqırım törətməkdə ittiham edir...

ABŞ və İsrailin bu məsələdə tutduğu mövqe kökündən yanlışdır. Və bu yanlışa görə hər iki ölkə ciddi itkilərlə üzləşəcəklər.

Bugünlərdə Donald Tramp Britaniyada səfərdə olanda Fələstinin tanınmağına etirazını bildirmişdi. Ancaq Böyük Britaniya qərarını verdi. Amerika da gec-tez daşı ətəyindən tökməli olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
2
axar.az

3Источники