RU

Kim Çen İndən AÇIQLAMA: Şimali Koreya...

Ajans.az xəbər verir ki, bunu Şimali Koreya prezidenti Kim Çen İn deyib. "İndi də ABŞ-ın nüvəsizləşdirmə siyasətini dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozurlar", - deyə Kim Çen İn vurğulayıb.  O, Pxenyanın nüvəsizləşdirilməsi çağırışlarının konstitusiya quruluşuna hücuma bərabər olduğunu iddia edib. Çünki Şimali Koreyanın nüvə statusu ölkənin əsas qanununda müəyyən edilib. "Biz nüvə silahından əl çəkməyəcəyik", - deyə Şimali Koreya lideri əlavə edib. KXDR lideri bildirib ki, “Biz yeni məxfi silah əldə etmişik. Müdafiə elmi və tədqiqatları sahəsində döyüş potensialının kəskin artırılmasına böyük töhfə verəcək xeyli uğurlar əldə edilib" Kim Çen In KXDR-in “dəniz dövlətinin qurulmasında ilk mühüm addım” adlandırdığı esmineslərin yaradılmasını xatırladıb.

Onun sözlərinə görə, ölkə öz strateji qüvvələrini və seriyalı silahların xüsusiyyətlərini davamlı olaraq gücləndirir.

Избранный
27
5
Ajans.az

7Источники