RU

Ərəb ölkələrinin NATO sunun yaradılması fikri utopiyadır

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

22 ərəb dövlətinin tarixən keçdiyi yola nəzər salsaq görərik ki, bu dövlətlərin yaranması, mövcudluğu və bu günkü varlığı ancaq ABŞ və Böyük Britaniya dövlətlərinin sayəsindədir.

Bunu "Xalq Cəbhəsi"nə ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov İsrailə qarşı bir neçə ərəb dövlətinin birgə mübarizə tapmaq istəyinə münasibətində deyib.

O, qeyd edib ki, Yəmən husiləri belə ABŞ tərəfindən himayə edilir. Devrilmiş lider Əli Abdullah Salehin ardınca Mansur Hadinin prezident olduğu və Səudiyyə Ərəbistanın rəhbərliyi altında qurulan 10 ərəb dövlətindən ibarət Ərəb Koalisiyasə qüvvələri 2015-ci ilin mart ayında husilərə qarşı əməliyyata başlayıb, qanuni hakimiyyəti dəstəkləyəndə ABŞ-ın onları durduğu mətbuatda qeyd edilmişdi:

"Məsələ ondadır ki, ərəb dövlətlərnin ərazisində ABŞ-in nəzarətində hərbi bazaları var. Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Qətər, İraq, Misir, Suriyada ABŞ-ın hərbi bazaları var.

Məsələnin maraqlı tərəfi ABŞ bu ölkələrə necə və niyə gəlib sualı məsələnin mahiyyətini açır. ABŞ-ı bu ölkələrə həmin ölkələrin özləri çağırıb, təbii ki, bəziləri xaric Suriya, İraq kimi. Niyə? Ona görə ki, bu ölkələrdə monarxiya hakimiyyəti mövcuddur".

"Hakimiyyət bir nəslin əlindədir və onlar da özlərinin təhlükəsizliyini qorumaq üçün ABŞ-ı ölkələrinə çağırıblar. ABŞ-dan silah alırlar, bu məqsədlə ABŞ-a yüz milyardlarla vəsait verirlər. ABŞ da onların hakimiyyətini qoruyur, lazım biləndə yeni hakimiyyət gətirir və ya gələni dəstəkləyir. Misirdə olduğu kimi. ABŞ isə bu ölkələrə milyardlar qazanmaqdan başqa İsrailin təhlükəsizliyini qorumaq üçün gəlib. Bütün hərbi bazaları, hava hücumundan müdafiə sistemləri daha çox İsrailin təhlükəsizliyini qorumaq üçündür, nəinki həmin ölkələrin. Bu baxımından ərəb ölkələrinin NATO-sunun yaradılması fikri utopiyadan başqa bir şey deyildir. Bunun üçün ərəb ölkələrində ilk növbədə siyasi, sonra isə hərbi iradə yoxdur, xüsusən də bu, İsrailə qarşı olacaqsa. Hesab edirəm ki, bu fikrə düşən ərəb ölkəsində hərbi-siyasi çevriliş an məsələsi olar. Bu məsələ terror hadisəsindən tutmuş, sui-qəsdlərə kimi gedib çıxar, amma nə ABŞ, nə də İsrail buna imkan verməz. Türkiyənin rəhbərliyində belə bir hərbi ittifaqın olma ehtimalına yer vermək olar, amma ərəblərin türklərə olan dözümsüzlüyü fonunda bu məsələ də çətin iş kimi görünür. Bəlkə İslam həmrəyliyi kontekstindən yanaşılsa, hansısa uğurlardan danışmaq olar"

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
icma.az

1Источники