RU

Kim Çen In bəyan edib ki, KXDR “gizli silah” hazırlayıb

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Koreya Xalq demokratik Respublikasının (KXDR) dövlət başçısı Kim Çen In bəyan edib ki, Şimali Koreya özünün müdafiə gücləndirilməsi çərçivəsində “gizli silah əldə edib”.

Bizimyol.info xəbər verir ki, onun bu çıxışını Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

"Dövlətimiz və partiyamız müdafiə qabiliyyətimizi gücləndirmək üçün davamlı, irəliyə doğru inkişafa can atır", - deyə Kim Çen In qeyd edib.

O, "dəniz gücünün yaradılmasında ilk mühüm addım" olan yeni esmineslərin inşasını, eləcə də "strateji qüvvələrin fasiləsiz olaraq gücləndirilməsini" və kütləvi istehsal silahlarının performansının təkmilləşdirilməsini xatırladıb.

"Bundan əlavə, biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək", - Kim Çen In deyib.

Kim Çen In Ali Xalq Məclisinin növbəti sessiyasındakı çıxışı zamanı həmçinin bəyan edib ki, əgər Vaşinqton Xalq Respublikasının nüvəsizləşdirilməsi istəyindən əl çəksə, Şimali Koreya ABŞ-la dialoqa hazırdır. Dövlət İşləri sədri həmçinin bildirib ki, Şimali Koreya hazırda nüvə qüvvələrinin inkişafı sayəsində özünün təhlükəsizliyini yüksək səviyyədə təmin edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
16
bizimyol.info

10Источники