RU

Universitetə qəbul çox asan və güzəştli olmalıdır

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Universitetə qəbul çox asan və güzəştli olmalıdır.Lakin oxuduğu dövrdə isə qəti şəkildə "güzəşt" və "yardım" olmamalıdır.Öz savad və qabiliyyəti sayəsində növbəti kursa keçərsə bugünkü problemlərin 80 % dərhal həll olunacaq.Niyə sadəcə Atestatla xaricə qəbul olunur, lakin bizdə yox?Qoy həmin şagird min dolları bu ölkədə , öz Universitetimizə ödəsin 1 il oxusun əgər "ağıllanıb " 2 ci kurda keçə bilirsə , niyədə oxumasın? Hər il minlərlə şagirdimiz "xaricdə təhsil " adı altında ölkəmizi tərk edir.1. Kapital itiririk.2. Milli mənəvi dəyərlər zəifləyir.3. Əmək qüvəsi azalır4. Universitet maddi resurslardan uzaq qalır.5. İş yeri arta bilər ki, baş vermir Və.s Bu arada 15 ildir xaricdə təhsil sahəsində çalışıram.Bəli bu sahədə çalışan konsaltinqlərə ziyan olacaq , lakin xalqımız üçün faydalı olacaq.17-18 yaşlı orta savad səviyyəsinin altında minlərlə gələcəyin sənətkarını itiririk .Hər oxuyan Molla Pənah olmaz , lakin bütün vətəndaşlarımız Qəhrəman ola bilər.Vətən müharibəsində iştirak edənlərin böyük əksəriyyəti Universitet məzmunu deyildi. Onlar bu nəcib xalqın öz tərbiyəsində böyümüşdürlər.Tamamilə razıyam qoy birinci il 90000 birunci Kurs tələbəsi olsun , ödənişi bu xalqa qalsın , ikinci kursa haqq edənlər keçsin.4 cü kursu həqiqətən savadlılar bitirsin və nəhayət diplomu haqq edənlər alsın.Lakin burda sadəcə 1 şərtim var, hamıya yanaşma 1 olsun cənab Nazir.Tapşirıq, Xahiş, Rüşvət , Yerlibazlıq, Qohumbazlıq , Yuxardan Göstəriş Olmasın!Necəki müharibə zamanı bu olmadı.O zaman siz haqlısınız cənab nazir. Tək sizin bu gözəl istəyiniz o, zaman baş tutacaq ki, nazirliyin əməkdaşları sizi dəstəkləyəcək, universitetin rektoru və komandası sizi dəstəkləyəcək, məktəb direktoru və komandası sizi dəstəkləyəcək, ailə başçısı və üzvləri sizi dəstəkləyəcək.Məndə bir müəllim kimi artıq xaricdə təhsil işçisi olmaz sevdiyim müəllimlik peşəsinə qayıdaram.Ruslan İmanzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
newscenter.az

2Источники