RU

Ukrayna Qorbaçovun “QKÇP“ zamanı ev dustağı olduğu, Putinin dəfələrlə dincəldiyi “FSB“ “daça“sını vurdu... FOTO

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Silahlı Qüvvələri Krım yarımadasındakı sanatoriyaya hücum edib. Rusiya mətbuatının yazdığına görə, Rusiya prezidenti Putin dəfələrlə orada istirahət edib və məkanın özü də “FSB daçası” və ya “hökumət binası” adlandırılıb.

Moderator.az bu haqda "Fokus" və "UNİAN" nəşlərlərinə istinalda xəbər verir.

Bazar günü, sentyabrın 21-də Krımdakı "Foros" sanatoriyasında pilotsuz təyyarənin endirilməsi nəticəsində partlayışlar baş verib.  Rusiyanın “İnterfaks” agentliyi xəbər verir ki, bu barədə yerli administrasiyanın rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, sanatoriyanın ərazisindəki bir neçə binaya, eləcə də qəsəbədəki məktəb binasına ziyan dəyib. İlkin məlumatlara görə, təxminən 15 nəfər yaralanıb, ölənlər də var; dəqiq say müəyyənləşdirilir.

Hadisə yerində Fövqəladə Hallar Xidməti işləyir, xəsarət alanlara tibbi yardım göstərilir.

Həmçinin bildirilir ki, vurulan pilotsuz təyyarənin dağıntıları Yalta yaxınlığında quru otların alovlanmasına səbəb olub. Qeyd edilir ki, "Foros" sanatoriyası Yalta şəhər dairəsinin eyniadlı kəndində yerləşir. Müəssisənin əsası 1941-ci ildə qoyulub və 1945-ci ildə müharibədən sonra yenidən qurulub. 2017-ci ildə kompleks bir daha yenidən qurulub və hazırda "Park Foros" şirkəti tərəfindən idarə olunur.

İnternetdə "Foros"un sentyabrın 21-də "xüsusi təmir üçün bağlandığı" barədə  bir mesaj yayılıb.

Moderator.az onu da xatırladır ki, SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov 1991-ci il avqustin 19-dan 21-dək - məşhur "QKÇP" zamanı "Foros" daçasında "ev dustağı" olub...

S.Laçın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
moderator.az

2Источники