RU

Yaponiya Fələstinin tanınması ilə bağlı mövqeyini açıqlayıb

Hazırda Fələstini tanımaq planı olmayan Yaponiya hökuməti artıq “tanıyıb-tanımayacağını” deyil, “bunu nə vaxt edəcəyini” müzakirə edir.

Operativ Media xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bəzi ölkələrin Fələstin dövlətçiliyini tanımaq barədə qərarlarını şərh edərkən bildirib.

“Ölkəmiz üçün məsələ onun dövlət kimi tanınıb-tanınmaması ilə bağlı deyil, bunu nə vaxt edəcəyimizlə bağlıdır. Buna əsaslanaraq, gələcək prosesləri diqqətlə izləyəcək və məsələni diqqətlə nəzərdən keçirəcəyik”, – Hayaşi vurğulayıb.

Bundan əvvəl Yaponiyanın xarici işlər naziri Takeşi İvaya Tokionun BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Fələstini tanımamaq qərarına sadiq qaldığını açıqlamışdı. O, həmçinin İsrailin “birtərəfli addımlarını” tənqid edib və Qəzza zolağında humanitar böhranın aradan qaldırılması üçün tədbirlər görməyə çağırmışdı.

Qeyd edək ki, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya və Kanada hökumət başçıları Fələstin dövlətçiliyini tanıdıqlarını bəyan ediblər. Ardınca Portuqaliyanın xarici işlər naziri də eyni addımı atıb.

Избранный
10
operativmedia.az

1Источники