RU

Kim Çen In nüvəsizləşdirməni RƏDD ETDİ

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In denuklearizasiya çağırışlarını respublikanın suverenliyinə və konstitusiya quruluşuna hücum kimi qiymətləndirərək, ölkəsinin nüvə silahından əl çəkməyəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

"İndi də Amerikanın nüvəsizləşdirmə mantrasını dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozur", - Kim Çen In vurğulayıb.

O qeyd edib ki, KXDR-in nüvə statusu ölkənin əsas qanununda təsbit edilib və bununla da “qeyri-konstitusiya aktı” törətmək və nüvəsizləşdirməni davam etdirmək mümkün deyil.

Şimali Koreya lideri Seulun nüvəsizləşdirmə müqabilində sanksiyaları qismən ləğv etmək təklifini də rədd edib.

Избранный
29
2
publika.az

10Источники