RU

Makron: Rusiyanın Polşaya dron hücumu səhv deyildi

BAKI, 22 sentyabr. TELEQRAF

Rusiya Avropada sabitliyi pozan və təcavüzkar qüvvədir.

Teleqraf xəbər verir ki, bu fikri Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin “CBC News” telekanalına müsahibəsində bildirib.

Fransa Prezidentinin fikrincə, Rusiya dronlarının Polşa ərazisinə daxil olması ABŞ lideri Donald Trampın dediyi kimi səhv nəticəsində baş verməyib. O, belə bir təsadüfə inanmadığını və Rusiyanın bununla NATO-nun zəifliyini göstərmək istədiyini söyləyib.

“Rusiya son bir neçə həftə ərzində Kiyevə hücumları gücləndirib və çoxlu sayda mülki şəxsin ölümünə səbəb olub. Eyni zamanda, həmin həftələr ərzində Rusiya Polşa və Rumıniyanın hava məkanını pozub. Bu, səhv deyil. Bu, sadəcə Ukraynanın mümkün qədər çox ərazisini məhv etmək və NATO-nun zəifliyini vurğulamaq məqsədi daşıyan bir layihədir", - Makron bildirib.

Onun fikrincə, Ağ Ev rəhbəri Donald Tramp Ukraynada müharibənin sülh danışıqları ilə başa çatması üçün əhəmiyyətli səylər göstərsə də, Kreml rəhbərində bu müharibəni bitirmək istəyini görmür.

“ABŞ prezidenti Ukraynada sülhün bərqərar olunması işinə sadiq olub və sadiqdir. O, Ankoricdə Prezident Putinlə sammit keçirmək riskini öz üzərinə götürdü. Lakin eyni zamanda etiraf etməliyəm ki, Prezident Putin belə bir addıma səmimi şəkildə qoşulmaq üçün hazırlıq nümayiş etdirmir, çünki biz diplomatik yol üzərində işlədiyimiz zaman, ruslar Donbasda hücumları gücləndirirdilər. Onlar bir tərəfdən təxribatları, digər tərəfdən isə Kiyevə hücumları gücləndirirdilər. Buna görə də mən sadəcə faktlara baxıram və sizin prezidentiniz də faktlara baxır", - Fransa prezidenti qeyd edib.

Избранный
26
teleqraf.com

1Источники