RU

Tramp və Mask Kirklə vidalaşma mərasimində bir-birinin əlini sıxdılar

BAKI, 22 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask siyasi fəal Çarli Kirklə vidalaşma mərasiminin başladığı Arizona ştatındakı “State Farm” idman arenasında yan-yana əyləşiblər.

Teleqraf xəbər verir ki, stadiondan çəkilən kadrlarda müharibə naziri Pit Heqsetin çıxışı zamanı prezident və sahibkarın söhbət etdiyi görüntülənib.

Daha sonra Tramp həmsöhbətinə əlini uzadıb. Mask onun əlini sıxıb və gedib. Dövlət başçısı son olaraq onun kürəyinə vurub.

Mətbuat ünsiyyətin dostcasına olduğunu yazır.

Qeyd edək ki, bu, may ayında yaranan fikir ayrılıqları fonunda milyarderin ABŞ hökumətindən getməsindən sonra Tramp və Maskın ictimaiyyət qarşısında ilk görüşü olub.

Избранный
20
2
teleqraf.com

3Источники