RU

Portuqaliya da Fələstini dövlət olaraq tanıyıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya Fələstini dövlət olaraq tanıyıb.

APA xəbər verir ki, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Rangel açıqlayıb.

Rangel ölkəsinin Fələstin Dövlətini rəsmi olaraq tanıdığını və qalıcı sülh üçün yeganə həll yolu olan iki dövlətli həlli dəstəklədiklərini bildirib.

Qeyd edək ki, son 24 saat ərzində 4 ölkə Fələstini rəsmən tanıyıb ki, bunlar da Böyük Britaniya, Avstraliya və Kanadadır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fransa və Belçikanın da Fələstin Dövlətini tanıması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
6
apa.az

7Источники