RU

Astarada minik avtomobili aşdı, 16 yaşlı sərnişin öldü

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çayoba kəndi ərazisində baş verib.

Belə ki, VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə sərnişin olan, rayonun Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev ağır xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkiməqədər ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
5
oxu.az

10Источники