RU

Azərbaycan və Ermənistan bir-birlərinə belə dəstək oldular - VİDEO

Azərbaycan və Ermənistan Qazaxıstandakı musiqi yarışmasında “onluqlarla” mübadilə ediblər.

"Unikal" xəbər verir ki, Qazaxıstanda keçirilən beynəlxalq musiqi müsabiqəsi Silk Way Starda azərbaycanlı münsif Efendi erməni ifaçı Saro Gevorqyanu 10 bal ilə qiymətləndirib.

Ermənistandan olan münsif isə eyni addımla cavab verərək azərbaycanlı iştirakçı Sabinə Zadəyə 10 bal verib.

Qazaxıstanda iki ölkənin münsiflərinin bir-birinə ən yüksək xalı təqdim etməsi ya düşünülmüş bir “xoşməramlı jest”, ya da nadir bir təsadüf kimi qiymətləndirilir. İlk dəfədir ki, beynəlxalq bir müsabiqədə azərbaycanlı və erməni nümayəndələr bir-birinə ən yüksək balı veriblər.

Избранный
11
unikal.az

1Источники