RU

Millimiz dünya çempionatında ikinci yeri tutub - FOTO

Azərbaycanın yunan-Roma güləşi millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında ikinci yeri tutub.

İdman.biz Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xal toplayıb.

İran (180 xal) birinci, Özbəkistan (72 xal) isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan güləşçiləri dünya çempionatında 8 medal qazanıb. Ülvi Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq), Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.

İdman.biz

Избранный
28
3
idman.biz

10Источники