RU

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

Misli Premyer Liqasının V turunun son matçında "Neftçi" səfərdə "Sumqayıt"ı üstələməklə cari mövsümdə ilk qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Ağadadaş Salyanski (79-cu dəqiqə) və Alessio Kurçi (90+2-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Bununla da Samir Abasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 10 xalla ikinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı, "Qəbələ" "Kəpəz"i 3:0, "Zirə" "Şamaxı"nı 2:1, "Sabah" "Turan Tovuz"u 2:0, "Qarabağ" isə"Araz-Naxçıvan"ı 5:0 hesabı ilə üstələyib.


Bizim.Media

Избранный
38
50
bizim.media

10Источники